“Bizimləsən” və “Rəngarəng” proqramlarının yayımı DAYANDIRILIR
Kateqoriya məlum deyil
"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.
Sfera.az xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" proqramları efirdən çıxarılıb.
Kanalın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".
Eyni zamanda, Oxu.Az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.






