“Uzaq Şəhər” pərəstişkarlarına üzücü xəbər

“Kanal D”nin yayım cədvəlindəki dəyişikliklər səbəbindən sevilən serial “Uzaq Şəhər” bu həftə yeni bölümünü təqdim etməyəcək.
Sfera.az xəbər verir ki, serial bazar ertəsi gecəsi yayımlanan və ən çox izləyicisi olan proqramlardan biridir.
Bu həftə “Kanal D”-nin yayım cədvəlindəki dəyişikliklərə görə serialın yeni bölümü təqdim edilməyəcək. Bunun əvəzinə kanal bu gecə saat 19:30-da xüsusi “Kandil Gecəsi” proqramını yayımlayacaq. “Kandil Gecəsi” proqramı yayımlandıqdan sonra saat 21:00-da “Uzaq Şəhər” serialının əvvəlki bölümlərindən biri təkrar yayımlanacaq.
Sevənlərinin böyük maraqla gözlədiyi 54-cü bölümün yayımlanma tarixi artıq bəlli olub. Serialın yeni bölümü “Kanal D”də 23 mart bazar ertəsi günü eyni vaxtda yayımlanacaq.
Beləliklə, “Uzaq Şəhər” pərəstişkarları yeni bölümün yayımlanacağı tarixi bir az da gözləməli olacaqlar.
Mənsumə
Sfera.az
