“Ata uşağı ilə dost olmamalıdır” - Serdar Ortaç

Məşhur türk müğənnisi Serdar Ortaç şəxsi həyatı ilə bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib. Uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan Ortaç bu dəfə uşaq tərbiyəsi haqqında fikirləri ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, müğənni “Günaydın” proqramına verdiyi müsahibədə uşaqlıq dövrü və atasının tərbiyə metodlarından bəhs edib.
Ortaç atası ilə əlaqəsini belə şərh edib:
“Bizi çox sevirdi, amma çox sərt idi. Düzünü desəm, çox döyülmüşəm".
Lakin illər keçdikcə atasının yanaşmasını daha yaxşı başa düşdüyünü qeyd edən sənətçi avtoritetin vacibliyini vurğulayıb.
Onun fikrincə, uşağa sərt yanaşmaq, böyüdülən şəxsiyyətin sağlam inkişafı üçün vacibdir:
“Bizə belə davranması yaxşıdır. İndi onun nə qədər haqlı olduğunu başa düşürəm. Avtoritetsiz böyüdülən uşaq heç nə olur”, - deyə Ortaç qeyd edib.
Müğənni əvvəllər ata olmağı çox istədiyini amma bu arzunun gerçəkləşmədiyini bildirib. 2014-cü ildə Xloe Louqnan ilə evlənən, 2019-cu ildə isə boşanan Ortaç keçmiş həyat yoldaşı ilə əlaqələri və ata olma ilə bağlı duyğularını belə ifadə edib:
“Ata olmağı çox istərdim, amma bu baş tutmadı”.
Son zamanlarda sağlamlıq problemləri ilə gündəmə gələn Serdar Ortaç bir neçə ay əvvəl səhnədə yıxılması ilə pərəstişkarlarını narahat etmişdi. O, bu barədə izləyicilərinə açıqlama verərək “Ayağım bir şeyə ilişdi, ona görə yıxıldım. Yaxşıyam” sözləri ilə narahatlığa son qoydu.
Serdar Ortaçın açıqlamaları şəxsi həyatı və uşaq tərbiyəsi mövzusundakı fikirləri geniş müzakirələrə səbəb ola bilər. Onun sərt tərbiyə yanaşması və ata olma arzusu həm pərəstişkarlarını, həm də cəmiyyəti düşündürən bir məsələyə çevrilib.
Mənsumə
Sfera.az
