Demet Akalın ərinə: "Ey alçaq, evə gəl, gör..."

Türkiyə pop musiqisinin tanınmış simalarından biri olan Demet Akalın sosial mediada aktiv paylaşımları ilə yenidən gündəmə gəlib. Məşhur müğənni bu dəfə həyat yoldaşı Okan Kurt haqqında bildirdiyi şərhlə diqqət çəkib.
Sfera.az xəbər verir ki, Okan Kurt idman zalında çəkdirdiyi və əzələlərini nümayiş etdirdiyi fotoları sosial şəbəkədə paylaşıb. “Mənim də bir xəyalım var” mahnısının müşayiəti ilə yayımlanan paylaşım qısa zamanda izləyicilərin marağına səbəb olub və çoxsaylı şərhlər alıb.
Paylaşıma ən diqqətçəkən reaksiyalardan biri isə Demet Akalından gəlib. Müğənni ərinin fotosuna zarafatla “Xəyalın… ey alçaq! Evə gəl və gör nə olacaq” sözləri ilə münasibət bildirib. Akalın daha sonra həyat yoldaşı haqqında danışaraq onun həyat tərzinə də toxunub. Müğənninin sözlərinə görə, Okan Kurt nə içki içir, nə də qumar oynayır. O bildirib ki,həyat yoldaşı gecə həyatı yaşamır.
“O, bizsiz heç yerə getmir. Onun yeganə zövqü idman etməkdir. Həftədə 6 gün idman edir və pəhrizinə ciddi diqqət yetirir”, – deyə Demet Akalın bildirib.
Qeyd edək ki, məşhur cütlüyün sosial mediada etdiyi zarafatlı paylaşımlar tez-tez izləyicilər tərəfindən müzakirə olunur.
Mənsumə
Sfera.az
