Derya Tunadan İbrahim Tatlıseslə bağlı açıqlama

Derya Tunadan İbrahim Tatlıseslə bağlı açıqlama
Kateqoriya məlum deyil
T

Məşhur müğənni İbrahim Tatlısəsin keçmiş ortağı Derya Tuna oğlunun və qızının arasındakı gərginliklə bağlı açıqlama verib.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, Derya Tuna Tarabyada bir məkandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb. Tuna bildirib ki, bu məsələyə qarışmaq istəmir və yalnız qısa açıqlama verəcək:

 

“Hamımızın səhvlərimiz var, yaş fərqi önəmli deyil. İnşallah, barışıq olar. İbrahim bəy yaxşı atadır” – deyə o qeyd edib.

 

Qeyd edək ki, İbrahim Tatlısəsin oğlunun və qızının arasındakı son böhran Bodrumda baş verib. Hadisə zamanı Dilan Çıtak səhər yeməyi zamanı atası İbrahim Tatlısəsə televizor pultu atıb. Bu hadisə cinayət işinə çevrilib və istintaq hələ də davam edir.

 

Müğənninin hüquqi mübahisədə olduğu uşaqları Ahmet Tatlısəs və Dilan Çıtak barədə əvvəllər miras qoymayacağını açıqladığı da diqqət çəkib. 

 

Xatırladaq ki, İbrahim Tatlısəsin ümumilikdə yeddi uşağı var. İlk evliliyindən üç övladı – Əhməd, Güldən və Gülşən, digər münasibətlərindən isə Melek Zübeyde, İdo, Dilan və Elif Ada adlı uşaqları dünyaya gəlib.

 

Mənsumə 
Sfera.az

PAYLAŞ