Türk aktyoru vəfat etdi

Türkiyəli aktyor və səsləndirmə ustası Canberk Uçucu vəfat edib.
Sfera.az xəbər verir ki, 57 yaşlı sənətçi keçirdiyi ürək tutması nəticəsində həyatını itirib.
Uçucunun vəfat xəbərini yazıçı və səsləndirmə ustası Yekta Kopan sosial şəbəkə hesabında paylaşıb. Kopan paylaşımında bu xəbərin onu dərindən sarsıtdığını bildirərək bunları yazıb:
“Çox ağır bir gün oldu. Səhər başqa acı xəbərlər eşitdik, axşamüstü isə Canberk Uçucunun vəfat etdiyini öyrəndik. Çox gənc yaşda vida etdi. Nə deyəcəyimi bilmirəm”.
Canberk Uçucu tamaşaçılara daha çox "Kuzenlerim" serialında canlandırdığı Feridun obrazı ilə tanış idi. O, həmçinin tanınmış aktyor Ergün Uçucunun oğludur.
Aktyor Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Teatr bölməsini bitirib. O, bir müddət Trabzon Dövlət Teatrının direktoru vəzifəsində də çalışıb.
Televiziya layihələrindən sonra fəaliyyətini əsasən Ankara Dövlət Teatrında davam etdirən Uçucu teatr səhnəsində müxtəlif rollar ifa edib. O, həmçinin çoxsaylı səsləndirmə layihələrində iştirak edərək Türkiyə teatr və səsləndirmə sənətinə böyük töhfələr verib.
Firuzə Əliyeva
Sfera.az
