Tarkan müharibəyə görə konsertini təxirə saldı

Məşhur tük müğənnisi, meqastar Tarkanın Əbu-Dabi konsertlərini təxirə salması Yaxın Şərqdəki geosiyasi gərginliyin və müharibələrin sənət dünyasına necə təsir etdiyini göstərən bir nümunədir.
Sfera.az xəbər verir ki, Tarkan və komandası bölgədəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə gərginləşməsi səbəbindən 16 və 17 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan konsertlərini təxirə salmağa qərar veriblər.
Yaxın Şərqdə gərginlik artıb Son dövrlərdə İsrail və ABŞ-nin İrana birgə hücumları Yaxın Şərqdəki müharibəni alovlandırıb və bunun nəticəsində bölgədəki təhlükəsizlik vəziyyəti daha da pisləşib. Bu, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt və İraq kimi ölkələrdə xaosa səbəb olub. Təhlükəsizlik narahatlıqları və raket hücumları təkcə gündəlik həyatın deyil, həm də mədəniyyət və sənət tədbirlərinin təhlükəsizliyinə də ciddi şəkildə təsir edib. BƏƏ-də təhlükəsizlik böhranı BƏƏ hökuməti artan təhlükəsizlik təhdidləri qarşısında müxtəlif tədbirlər görməyə çalışsa da vəziyyət hələ də nəzarət altına alınmayıb.
Sosial mediada yayılan “təhlükəsizdir, həyat davam edir” mesajlarına baxmayaraq, ölkədəki otellər boşaldılıb və digər tədbirlər ləğv edilib. Bu gərginlik Tarkanın konsertlərinə də təsir edib. Müğənni və komandası təhlükəsizliyin təmin olunmasının qeyri-mümkün olduğunu vurğulayaraq konsertləri təxirə salıblar. Dubayda təhlükəsizlik təhdidləri və Tarkanın ehtiyatlı yanaşması Dubayda yerli hökumət təhlükəsizlik məsələlərinə baxmayaraq, konsertlərin keçirilməsində israr edib. Lakin Tarkan və komandası təhlükəsizliyin təmin edilməsi üçün lazım olan şəraitin olmadığı qənaətinə gəlib və konsertləri keçirməmək qərarına alıblar. Bu, həmçinin sənətçilərin və təşkilatçıların coğrafi və siyasi vəziyyətləri diqqətlə izləmələrinin vacibliyini ortaya qoyur. Geosiyasi gərginliyin mədəniyyətə təsiri Bu hadisə yalnız
Mənsumə
Sfera.az
