Röyadan sürpriz görüntülər - FOTOSESSİYA

Röyadan sürpriz görüntülər - FOTOSESSİYA
Kateqoriya məlum deyil
T

Xalq artisti Röya Ayxan izləyicilərinə xüsusi bir sürpriz edərək yeni fotosessiyasını sosial şəbəkələrdə paylaşıb. 


Sfera.az xəbər verir ki, fotosessiya üçün 3 fərqli obraz seçən Röya qırmızı və qara geyimlərdə kameraların qarşısına keçərək cazibədarlığını nümayiş etdirib.

 

O, fotolarını sosial şəbəkələrdə “Sevilən qadın hər gün gözəlləşir” şüarı ilə paylaşaraq izləyicilərinə özünə olan inamını göstərib və həyatında hər keçən gün daha da gözəlləşən bir qadın olduğunu vurğulayıb.


Çəkilişi məşhur fotoqraflar Niko Abbasov və Zeynal Məmmədli həyata keçiriblər. Çəkilişlərdə Röyanın fərqli tərzləri və zərifliyi estetik detallarla zəngin  şəkildə əks olunub.


Röya Ayxan daha əvvəl də bir neçə dəfə diqqət çəkən fotosessiyalarla izləyicilərinin qarşısına çıxıb və hər dəfə yeni və fərqli bir tərzdə diqqətləri üzərinə çəkməyi bacarıb. Bu dəfə də yeni fotosessiyası ilə həm gözəlliyi, həm də zərifliyi ilə izləyicilərinin rəğbətini qazanıb.


Bu yenilik Röya Ayxanın özünə olan inamının və sənətkarlığının daha da inkişaf etdiyini göstərən mühüm bir addımdır. Onun çəkdirdiyi yeni fotolar həmçinin izləyicilərinin marağını və rəğbətini qazanmaya davam edib.

 

Mənsumə
Sfera.az 

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
PAYLAŞ