JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub

2026-cı ilin Avroviziya beynəlxalq mahnı müsabiqəsinin keçirilməsinə bir neçə ay qalıb.
Sfera.az xəbər verir ki, Azərbaycanı təmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqi videosu artıq təqdim edilib. “Just Go” emosional ballada olub, mahnı münasibətlərdə yaşanan məyusluqdan sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə açması ideyasını izah edir. JIVA-nın güclü vokal imkanları və emosional ifası musiqinin önəmli cəhətlərindəndir.
Mahnının söz və musiqisinin müəllifi, həmçinin azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-də müxtəlif musiqi layihələrində fəaliyyət göstərən məşhur bəstəkar və prodüserdir. Musiqi videosunun rejissoru isə Fərhad Əlidir. Fuad Cavadovun yaradıcı fəaliyyəti 1961-ci ildə Bakıda doğulan Fuad Cavadov, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1995-ci ildən sonra ABŞ-də fəaliyyət göstərən bəstəkar beş musiqi albomu buraxıb və film, televiziya layihələri üçün musiqilər bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq fəaliyyətini davam etdirir.
Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı ildə baş tutacaq.
Mənsumə
Sfera.az
