Beyninə qan sızan meyxanaçıdan XƏBƏR VAR: "Qolu, ayağı..."
Maqazin
16:36 / 07.04.2017
1049
Meyxana ifaçısı Kərimin yaddaşının itməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Bunu aznews.az-a sənətçinin yaxın qohumu Rüstəm Cənnətov bildirib.
Onun sözlərinə görə, meyxanaçı bu gün reanimasiyadan palataya köçürüləcək: "Kərim danışır, ayağı-qolu işləyir. Yaddaşı da yerində. Yanına gələn qonaqlarla danışır. Onlar da Kərimin yaddaşının yerində olduğunu görür. Amma çox təəssüf edirəm ki, mətbuatda onun yaddaşının itməsi haqqında məlumat yazılıb. Kərim bunu eşitsə, həqiqətən pis olacaq.”
Məşhur meyxanaçı Kərim insult keçirib. Onun vəziyyətinin pis olduğu, hətta yaddaşının itməsi bildirilib.