Elton Con əri və oğulları ilə fotolarını paylaşdı

78 yaşlı əfsanəvi britaniyalı müğənni Elton Con, əri 63 yaşlı Devid Furniş və surroqat anadan olan iki yeniyetmə oğlu, 15 yaşlı Zakari və 13 yaşlı Elayca Old Vindzordakı evlərinin qonaq otağında foto çəkdiriblər.
Sfera.az bildirir ki, məşhurun ailəsi London Milli Portret Qalereyasında nümayiş etdiriləcək fotoportret üçün poza veriblər.
Çərçivədə onların yanında bir ev heyvanı da görünür:
Portret fotoqraf Ketrin Opi tərəfindən çəkilib.
Qeyd edək ki, 1976-cı ildə müğənni açıq şəkildə biseksual olduğunu bəyan edib, daha sonra homoseksual olma ehtimalının daha yüksək olduğunu əlavə edib. 1993-cü ildə Ser Elton gələcək sevgilisi Devid Furniş ilə tanış olub və bu sevgilisi ona alkoqolizm və narkomaniyadan qurtulmağa kömək edib.
2009-cu ildə cütlük hətta Ukrayna uşaq evindən HİV-pozitiv bir oğlan uşağı övladlığa götürməyə çalışıblar. 5 dekabr 2010-cu ildə Elton və sevgiliei valideyn olublar - Kaliforniyada surroqat ana vasitəsilə Zakari adlı bir oğulları dünyaya gəlib. 11 yanvar 2013-cü ildə ikinci oğulları Elayca doğulub.
21 dekabr 2014-cü ildə Elton Con və Devid Furniş rəsmi olaraq evləniblər.
Aynil






