Demet Akalın Dubayda gördüklərindən danışdı

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra bölgədə gərginlik artıb. Qarşılıqlı hücumlar fonunda İranın Bəhreyn, Qətər və BƏƏ kimi ərazilərə raket zərbələri endirdiyi iddia olunub. Hadisələr bölgədə yaşayan və istirahətdə olan xarici vətəndaşlar arasında narahatlıq yaradıb.
Sfera.az xəbər verir ki, son həftələrdə ailəsi ilə birlikdə Dubayda tətil edən məşhur türkiyəli müğənni Demet Akalın da baş verən hadisələrdən təsirlənib.
Sosial media hesabında qızı ilə fotosunu paylaşan sənətçi həmin günləri xatırladaraq bunları yazıb:
“Keçən həftə Dubayda idik! Sağ-salamat xilas olduğumuz üçün şanslıyıq. Əgər orada qalsaydım, yəqin ki, dəli olardım”.
Qeyd edək ki, Demet Akalın tez-tez Dubayda istirahət edən məşhurlar sırasındadır. Onun bu paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mənsumə
Sfera.az


