“Kızılcık Şerbeti”i davam edəcək: Danışıqlar başladı

"Kızılcık Şerbeti"i davam edəcək: Danışıqlar başladı
Kateqoriya məlum deyil
T

“Show TV”nin rekord qıran layihəsi “Kızılcık Şerbeti”nin 5-ci mövsümü ilə bağlı rəsmi addımlar atılıb.


Sfera.az türk mediasına istinadən xəbər verir ki, hazırda 4-cü mövsümü yayımlanan serial reytinqlərdəki liderliyini qoruduğu üçün kanal və istehsalçı şirkət ("Gold Film") növbəti mövsüm üçün ilkin razılığa gəliblər.


Məlumata görə, hər şey plan üzrə getsə, ekran işi 29 may 2026-cı il tarixində yayımlanacaq 138-ci bölümü ilə 4-cü mövsümün finalını edəcək. Serialın 5-ci mövsümünün isə yeni yayım dövründə (sentyabr ayından etibarən) tamaşaçılara təqdim olunması planlaşdırılır.


Kulis məlumatlarına əsasən, layihənin davamlılığı üçün tərəflər arasında rəsmi müqavilə mərhələsinə start verilib.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ