Altan Düzyatanın həyat yoldaşı: "Dubayda partlayışlar eşidilir"

Altan Düzyatanın həyat yoldaşı: "Dubayda partlayışlar eşidilir"
Kateqoriya məlum deyil
T

İranın Körfəz bölgəsinə hücumlarından sonra təyyarə uçuşları dayandırılıb və bu səbəbdən bir çox əcnəbi Dubaydan geri qayıda bilməyib. Dubayda qalan şəxslərdən biri də Türkiyədə yaşayan iş xanımı Neslişah Alkoçdur. Neslişah Alkoç tanınmış aktyor Engin Altan Düzyatanın həyat yoldaşıdır. 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, Dubayda yaşayan iş xanımı Neslişah Alkoçlar baş verən hadisələrə münasibət bildirərək partlayışların yaşadıqları ərazidən xeyli uzaqda baş verdiyini deyib.

 

O bildirib ki, partlayış səslərini eşitsələr də, hazırda ailəsi ilə birlikdə təhlükəsizdir:

 

“Partlayışlar evimizə çox yaxın deyildi. Əlbəttə ki, səsləri eşitdik. Qorxmuşduq, amma indi hər şey yaxşıdır. Allaha şükür ki, yaxşıyıq. Bacım Əslişah və ailəsi də yaxşıdır”.


Qeyd edək ki, ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı həyata keçirdiyi hava hücumlarından sonra Tehran bölgədəki ABŞ hərbi bazalarına və İsrailə cavab zərbələri endirib. Qarşılıqlı hücumlar Yaxın Şərqdə gərginliyi daha da artırıb və təsirləri Birləşmiş Ərəb Əmirlikləri sərhədlərindən kənarda da hiss olunmağa başlayıb.


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ