Məşhurlar Dubayda qaldı

ABŞ və İsrail ilə İran arasında davam edən qarşıdurmalar üçüncü gününə daxil olarkən bölgədə hava məkanına tətbiq edilən məhdudiyyətlər beynəlxalq uçuşlara ciddi təsir göstərib. Bir sıra reyslərin ləğv edilməsi nəticəsində tanınmış simalar da çətin vəziyyətlə üzləşib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, aktyor Şevket Çoruh, aparıcı və aktyor İlker Ayrık, eləcə də model və teleaparıcı İvana Sert səfərlərin təxirə salınması səbəbindən Dubay şəhərində qalıb.
Qeyd edək ki, Yaxın Şərqdə artan hərbi gərginlik bir çox ölkələrin hava məkanında təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb olub. Bu isə regiona və regiondan həyata keçirilən uçuşların müvəqqəti olaraq dayandırılması ilə nəticələnib. Hazırda hava nəqliyyatının nə vaxt bərpa ediləcəyi ilə bağlı rəsmi açıqlama gözlənilir.
Fidan Hacızadə
Sfera.az
