Dubayda raket panikası: İvana Sertdən paylaşım

Yaxın Şərqdə gərginliyin artması Dubayda da qorxu anlarına səbəb olub. İranın cavab hücumundan sonra Palm Jumeirah ərazisinə düşən raketlərdən biri "Fairmont The Palm" yaxınlığında partlayıb. Həmin vaxt Dubayda olan məşhur türkiyəli model İvana Sert yaşadıqlarını sosial mediada izləyiciləri ilə bölüşüb.
Sfera.az xəbər verir ki, Sert həm iş, həm də tətil məqsədilə Dubayda oğlu Ateş ilə olub.
O bildirib ki, İstanbula qayıtmağa hazırlaşdıqları gün uçuşlar ləğv edilib. “Qeyri-adi günlər yaşayırıq. Siqnallar daim çalınır. Bu, qorxuludur”, – deyə Sert yaşadığı anı təsvir edib.
Hücumdan sonra ərazidə yanğın baş verdiyi və yaralananların olduğu açıqlansa da, Sert videoda əlavə edib:
“Biz yaxşıyıq, hələ də Ateşlə birlikdə buradayıq. Əlbəttə ki, qorxduq. Raket və bomba səslərini eşitmək asan deyil. Vəziyyət indi sakitləşməyə başlayır. Buradakılara məsləhətim küçələrə çox çıxmamaqdır”.
Məşhurun paylaşımı sosial mediada sürətlə trend olub. Sert növbəti uçuşun 4 martda olduğunu və mümkün qədər tez Türkiyəyə qayıtmaq istədiyini bildirib.
Mənsumə
Sfera.az
