“Teşkilat”dan şok ayrılıq – Ejder hekayəsi bitir

TRT-nin bazar axşamları ekranlarda böyük izləyici rəğbəti toplayan fenomen serialı “Teşkilat”da gözlənilməz ayrılıq yaşanacaq.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ötən mövsüm komandaya “Ejder” obrazı ilə daxil olan tanınmış aktyor Erkan Petekkaya serialı tərk edəcək.
Serialın yazı qrupu və rejissor heyəti onun üçün vida səhnəsi hazırlayıb və Ejder obrazı 173-cü bölüm (bu mövsüm) sonunda hekayəsini bitirəcək.
Hazırkı epizodda isə komandada gərgin anlar davam edir: Altay, Hilal və Rutkayla birlikdə Davudu əldə etməyə çalışırlar, Julia isə komandaya qarşı yeni oyunlar qurur. Həyat çıxılmaz vəziyyətdə bomba taktikasına əl atır və bu, sadəcə düşmən tərəfə deyil, günahsızlara da böyük təhlükə yaradır.
Komanda Altayın rəhbərliyi ilə əlbir olaraq qarşı tərəfin tələlərini dəf etməyə çalışır – və çox zaman “Teşkilat” qalib gəlir.
İzləyicilər üçün bu ayrılıq serialda emosional anlara səbəb olacaq və Ejder obrazının çıxışı uzun müddət müzakirə olunacaq.
Mənsumə
Sfera.az
