Məşhur müğənni nişanlısından ayrıldı - FOTO

Türkiyəli məşhur müğənni İrem Derici ilə bir müddətdir münasibətdə olduğu iş adamı Melih Kunukçu yenidən ayrılıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, cütlük bir neçə həftə əvvəl nişanlanaraq münasibətlərini rəsmiləşdirməyə hazırlaşsa da, nişandan sonra münasibətlərdə problemlər yaranıb. Ara-sıra gərginlik yaşadığı bildirilən cütlüyün yollarını yenidən ayırdığı iddia olunur. Ayrılıq xəbərləri sosial mediada diqqət çəkib. İrem Derici şəxsi “Instagram” hesabından Melih Kunukçu ilə olan bütün fotolarını silib, onu izləmədən çıxarıb. Müğənni bununla kifayətlənməyərək eyhamlı paylaşım da edib.
Derici paylaşımında özünü “möhtəşəm bir almaz”a bənzədərək, belə bir insanı itirməyin böyük istedad tələb etdiyini bildirib. O, “Özüm kimi birini tapsaydım, onu itirmək qorxusundan yata bilməzdim” sözləri ilə diqqət çəkib. Müğənni həmçinin “İrem özünə qayıdıb. İrem 2026-cı ildən keçəcək. Gözləyin” ifadələrini işlədərək yeni mərhələyə hazırlaşdığını vurğulayıb.
Fidan Hacızadə
Sfera.az

