Müğənnidən oğluna sərt sözlər: “Səndən nifrət edirəm”

Müğənnidən oğluna sərt sözlər: "Səndən nifrət edirəm"
Kateqoriya məlum deyil
T

Məhşur türkiyəli müğənni İbrahim Tatlıses uzun müddətdir münasibətləri gərgin olan böyük oğlu Əhməd Tatlı ilə bağlı kəskin açıqlamalar verib. 


Sfera.az xəbər verir ki, sənətçi son açıqlamasında oğlu Əhmədə qarşı “Səndən nifrət edirəm, oğlum, səndən nifrət edirəm!” ifadələrini işlədib. 


Tatlıses çıxışında digər övladlarını — İdo və Meleki nümunə gətirərək, “Kaş ki, İdo və Melek kimi 5 uşağım olaydı” sözlərini də səsləndirib və bu şəkildə Əhmədi ailə bağlarından uzaqlaşdırdığını vurğulayıb. 


Qeyd edək ki, uzun müddətdir davam edən münasibət böhranı və hüquqi mübarizə mediada geniş əks səda doğurub. Hazırda bütün diqqətlər artıq Əhməd Tatlının reaksiyasına yönəlib.

 

Mənsumə
Sfera.az

PAYLAŞ