Xəstəxanaya yerləşdirilən Yıldız Tilbedən AÇIQLAMA

Xəstəxanaya yerləşdirilən Yıldız Tilbedən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən məşhur müğənni Yıldız Tilbe səhhəti ilə bağlı yeni açıqlama verib.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, sənətçi, qan təzyiqi səbəbilə tibbi nəzarət altına alındığını bildirib. Xəstəxananın qarşısında açıqlama verən Yıldız Tilbe gün ərzində təzyiqinin izlənildiyini və bütün müayinələrinin tamamlandığını qeyd edib.

 

O, ürəyinin də yoxlanıldığını deyərək, ilkin mərhələdə təzyiq probleminin nəzarətdə saxlanıldığını bildirib. Son açıqlamasında isə müğənni vəziyyətinin yaxşı olduğunu vurğulayıb: “Bəli, məlum oldu ki, təzyiqim yüksək deyil. Bəzi vitamin və çatışmazlıqlar var idi. Dərman qəbul edəcəyəm, Allaha şükür yaxşıyam. Çox sağ olun”.

 

Tilbenin sağlamlıq vəziyyətinin həkim nəzarəti altında izlənməyə davam etdiyi bildirilib.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ