Məşhur cütlüyün üçüncü övladı doğulacaq - FOTO

Məşhur cütlüyün üçüncü övladı doğulacaq - FOTO
Kateqoriya məlum deyil
T

Türkiyəli sosial media fenomeni Dilan Polat üçüncü dəfə ana olmağa hazırlaşır.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, uzun müddətdir yenidən övlad sahibi olmaq istədiyini bildirən fenomen hamiləlik prosesinə başladığını açıqlayıb. Xatırladaq ki, Dilan Polat 9,5 aylıq həbs cəzasını 19 avqust 2024-cü ildə başa vurub. Onun həyat yoldaşı Engin Polat isə 10 aylıq həbs müddətindən sonra 4 sentyabr tarixində azadlığa çıxıb.

 

Həbsxanaya getməzdən əvvəl üçüncü uşaq arzusunu dilə gətirən fenomen hamilə qalmaq üçün müalicələrə başladığını bildirmişdi. 2025-ci ilin son aylarında süni mayalanma prosedurunu yenidən davam etdirən Polat ailəsi bu istiqamətdə növbəti addımı atıb. Məlumata görə, altı gün əvvəl embrion köçürülməsi həyata keçirilib.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ