Bacısının adını körpünün üzərində əks etdirdi - FOTO

Türkiyəli sosial media fenomeni Bahar Candan bacısı Nihal Candan üçün etdiyi son addımı ilə gündəmə gəlib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, Bahar Candan bacısının adını xüsusi lazer texnikası vasitəsilə 15 İyul Şəhidlər Körpüsü üzərinə proyeksiya etdirib. Yaşıl işıqla əks olunan “NIHAL CANDAN” yazısı sahil xəttində olan vətəndaşların diqqətini çəkib. Həmin anın görüntüləri qısa zaman ərzində sosial mediada geniş yayılıb və müxtəlif reaksiyalara səbəb olub.
Xatırladaq ki, ötən günlərdə Bahar Candan anası Umut Candana “Bacımın yanına getmək istəyirəm” mesajı göndərdikdən sonra bir qutu dərman qəbul edərək intihara cəhd edib. Xəbərdarlıqdan sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadası onu evində huşsuz vəziyyətdə aşkarlayıb.
Fidan Hacızadə

