İbrahim Tatlıses: "4 milyonum getdi"

İbrahim Tatlıses: "4 milyonum getdi"
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses, “Kanal D”də Asiye Acarın aparıcılığı ilə yayımlanan “Pazar Gezmesi” proqramında İzmirin Narlıdere rayonundakı evinin qapılarını tamaşaçılara açıb.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, sənətçi İstanbuldan ayrılmasının səbəbləri, İzmirdə keçirdiyi günlər və ailəsində yaşadığı fikir ayrılıqları ilə bağlı diqqətçəkən açıqlamalar verib. Tatlıses bildirib ki, sədaqətsizlik yaşadığı üçün İstanbuldan köçmək qərarı alıb. Lakin o, İzmirdə də tam rahatlıq tapmadığını etiraf edib. Müğənni 4 milyon dollar məbləğində dələduzluqla üzləşdiyini də açıqlayıb. Bu hadisədən sonra daha ehtiyatlı davrandığını deyən Tatlıses, “Mən mərhəmətliyəm, amma vicdanım bəzi şeyləri etməyə icazə vermir. Pulum heç vaxt tükənmir, sadəcə azalır”,- sözləri ilə mövqeyini ifadə edib.

 

Ailə üzvləri ilə bağlı da sərt fikirlər səsləndirən sənətçi, “Qohumların bir-birinə etdiyini əqrəb belə etməz”,-deyə bildirib. O, oğlu Ahmet Tatlının Manisada 5 mənzil satdığını, lakin bacı-qardaşlarına pay vermədiyini iddia edib. Sənətçinin yaşadığı İzmirin Narlıdere rayonundakı lüks yaşayış kompleksində bir müddət əvvəl böyük yanğın baş verib. 168 mənzilli kompleksdə 40 mənzil ciddi ziyan görüb. Hadisə zamanı İstanbulda olan Tatlıses birbaşa zərər çəkməyib.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ