Beren Saatın yeni klipi maraqla qarşılandı, əri dəstək verdi

Məşhur türkiyəli aktrisa Beren Saat musiqi karyerasına uğurlu başlanğıc edib.
Sfera.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktrisanın bir neçə gün əvvəl yayımlanan “CapitaliZoo” adlı ilk klipi qısa müddətdə böyük maraq doğuraraq YouTube-un Türkiyə "Trend Musiqi" siyahısında 5-ci pilləyə yüksəlib. Klip də izləyicilər tərəfindən maraqla qarşılanıb. Ekran işi qısa zaman ərzində 2 milyona yaxın baxış sayı toplayaraq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, son üç ildə aktyorluq fəaliyyətindən uzaq qalan Beren Saat hazırda musiqi sahəsində yeni mərhələyə qədəm qoyub. “CapitaliZoo” sənətçinin musiqi yolundakı ilk addımı kimi qiymətləndirilir.
Sənətçinin həyat yoldaşı, məşhur musiqiçi Kenan Doğulu da sosial media hesabında Beren Saata dəstəyini ifadə edib. O, paylaşımında həyat yoldaşının ilk albomundan olan klipi izləyicilərlə bölüşməkdən qürur duyduğunu bildirib.
Mənsumə Məmmədova
Sfera.az
