"Camaatın əri uşaq deyil ki, konfet verim yanıma gətirim"

"Camaatın əri uşaq deyil ki, konfet verim yanıma gətirim"
Kateqoriya məlum deyil
T

Səbinə Selcan son günlər şəxsi həyatı ilə bağlı yayılan qalmaqallı iddialara son qoyub. "Tarixin bir günü" proqramının canlı efirinə qatılan müğənni başqasının həyat yoldaşını əlindən alması barədə gəzən söz-söhbətlərə ilk dəfə münasibət bildirib.

 

Sfera.az milli.az-a istinadla xəbər verir ki, ifaçı adının belə məsələlərdə hallanmasından narahatlığını ifadə edərək yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb. Səbinə Selcan qarşı tərəfin ittihamlarına kəskin cavab verib. Müğənni qeyd edib ki, "Heç kimi əri uşaq deyil ki, konfet verib, aldadıb yanıma gətirim. O, qadının kim olduğunu, başına nə gəldiyini bilmirəm. Əri ilə ayrılıb, ya yox bilmirəm. Ərinə hörməti yoxdursa, övladlarının xatirinə belə etməz. Məni də yığdı".

 

Sənətçi həmçinin qarşı tərəflə heç bir əlaqəsinin olmadığını və onlarda əlaqə vasitələrinin necə peyda olmasından xəbərsiz olduğunu deyib. Müğənni "Bizim nömrələrimizi ona kim verib, bilmirəm" deyərək Zenfira adlı şəxsin telefon nömrəsinin onda olmadığını diqqətə çatdırıb. Səbinə Selcanın bu açıqlamaları qısa müddətdə sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə yol açıb.

PAYLAŞ