Beren Saat müğənnilik edəcək - Həmkarından ilk münasibət

Beren Saat müğənnilik edəcək - Həmkarından ilk münasibət
Kateqoriya məlum deyil
T

“Aşk-ı Memnu” serialında Firdevs Yöreoğlu rolunu canlandıran aktrisa Nebahat Çehre Türkiyə mətbuatına Beren Saatın müğənnilik karyerasına başlaması ilə bağlı diqqətçəkən açıqlamalar verib.


Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Beren Saatın yeni mahnısı ilə bağlı sualları cavablandırıb.

 

O, “Beren Saatın yeni mahnısını dinlədinizmi?” sualına qısa cavab olaraq “Bəli” deyib.


Aktrisa bildirib ki, mahnı haqqında vaxtından əvvəl şərhlər edilməsi düzgün deyil və hər kəsin əvvəlcə mahnını dinləməli olduğunu vurğulayıb:


“Düşünürəm ki, mahnı çox seviləcək. Bir az dinləməliyik”.


Qeyd edək ki, Beren Saat “Aşk-ı Memnu”, “Fatmagül’ün Suçu Ne?”, “İntikam” və “Muhteşem Yüzyıl: Kösem” serialları ilə böyük pərəstişkar kütləsi qazanıb. O, yaxın günlərdə çoxdan gözlənilən “CapitaliZoo” adlı sinqlını da yayımlayıb. Mahnının və klipdəki rəqs xoreoqrafiyasının sosial mediada müxtəlif fikirlərə səbəb olduğu bildirilib.


Mənsumə
Sfera.az

PAYLAŞ