Türkiyənin məşhur cütlüyündən romantik paylaşım - FOTO

"Kanal D"nin rekord qıran "Eşref Rüya" serialındakı rolu ilə populyarlığını daha da artıran Çağatay Ulusoy, həmkarı Aslıhan Malbora ilə yaxın münasibətlərini davam etdirir. Sevgilərini ictimaiyyətin gözündən uzaq saxlamağa çalışan cütlük, Barselonadan qayıtdıqdan sonra hava limanında birlikdə görüntülənib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddət şəxsi həyatını gizli yaşamağa üstünlük verən Malbora, son həftələrdə Ulusoyun 35 yaşını sosial media hesabında qeyd edərək izləyiciləri üçün romantik bir sürpriz edib.
Ulusoy isə sükan arxasındakı fotosuna doğum tarixi və qırmızı ürək emojisi əlavə edərək diqqət çəkib.
Bu gün isə cütlükdən yeni bir foto gəlib. 30 yaşlı Malbora, sevgilisi Çağatay Ulusoy ilə çəkdirdiyi romantik şəkli instaqram hesabında paylaşıb. Paylaşım qısa müddətdə minlərlə bəyənmə və şərh alıb. Uzun müddətdir birlikdə olan cütlük izləyicilər tərəfindən ahəngdarlığına görə təriflənir.
Mənsumə Məmmədova
Sfera.az


