Məşhur müğənni Qəzzaya 300 min dollar bağışladı

Məşhur türk sənətçisi Yıldız Tilbe Ramazan ayı münasibətilə Qəzzada humanitar yardım aksiyasına qoşulub.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, sənətçi Qəzzada yerləşən çadır düşərgələrində 12 min nəfər üçün iftar süfrəsinin təşkilinin bütün xərclərini öz üzərinə götürüb.
Qurumun bəyanatında qeyd olunub:

“Yıldız Tilbe Qəzzada iki ayrı çadır düşərgəsi üçün Qüds Könüllüləri Assosiasiyasına 300 min dollar bağışlayıb. Bu məbləğ dərhal Qəzzada fəaliyyət göstərən Məvaddə Yardım Təşkilatına çatdırılıb və çadır düşərgələrinin tikintisinə start verilib. İnşallah, düşərgələr Ramazana qədər tamamlanacaq. Ramazan ayında çadırlarda məskunlaşan fələstinli qardaş və bacılarımıza iftar yeməkləri veriləcək”.
Bildirilir ki, Tilbenin daha əvvəl etdiyi 300 min dollarlıq ianə hesabına bölgədə iki ayrı çadır düşərgəsinin tikintisinə başlanılıb. Yardımlar Qüds Könüllüləri Assosiasiyası vasitəsilə bölgəyə çatdırılıb. Assosiasiya sosial media hesabında ərazidə dağıntıların qısa müddətdə təmizləndiyini və çadır düşərgələrinin tikintisinin sürətlə davam etdiyini açıqlayıb.
Fidan Hacızadə
Sfera.az
