Tanınmış aktrisa nişanlanmağa hazırlaşır

Türkiyədə yayımlanan və bir dövrün ən sevilən ekran işlərindən olan "Selena" serialının gənc ulduzu Dilara Kurtulmuş nişan hazırlıqlarına başlayıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, aktrisa sevgilisi Umutcan Ekmezdən evlilik təklifi alıb.
Təklifə "hə" cavabı verən Dilara artıq nişan mərasiminin təşkilinə start verib.
Gənc aktrisa ötən gün yaxın dostları ilə birlikdə alış-verişə çıxaraq nişan üçün parça və müxtəlif materiallar alıb. O bildirib ki, adətlərinə görə nişan mərasimində bəyin ailəsinə yadigar olaraq (və ya vədə əlaməti olaraq) dəsmal təqdim olunur:
“Əvvəlcə bunun üçün parça, tikmə və dəsmal aldım. İçərisinə təsbeh və Quran da qoydum. Bu, mənim üçün çox həyəcanlı idi”, - deyə aktrisa vurğulayıb.
Qeyd edək ki, baş rollarında Sinem Kobal, Cansu Demirci, Gizem Güven və Dilara Kurtulmuşun yer aldığı "Selena" serialı üç il ərzində izləyici rekordları qırıb.
Fidan Hacızadə
Sfera.az
