“Kızılcık Şerbeti”nin aktrisası evlənir

Türkiyənin son illərdə ən çox izlənilən seriallarından olan “Kızılcık Şerbeti” ilə karyerasının zirvəsinə yüksələn gənc aktrisa Sıla Türkoğlu şəxsi həyatı ilə gündəmə gəlib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa gənc iş adamı Ata Ayyıldız ilə evlilik qərarı alıb.
Toy mərasiminin Türkiyənin məşhur istirahət məkanlarından olan Bodrumda keçirilməsinin planlaşdırıldığı bildirilir.
İddialara əsasən, cütlük evlilik yolunda ilk addımlarını İtaliyada atıb. Hazırda isə toy hazırlıqları Türkiyədə davam etdirilir.
Qeyd edək ki, Sıla Türkoğlu “Kızılcık Şerbeti” serialında Doğa Korkmaz obrazı ilə tamaşaçıların qarşısına çıxıb. Gənc aktrisanın həm karyerasında, həm də şəxsi həyatında yeni mərhələyə qədəm qoyduğu vurğulanır.
Fidan Hacızadə
Sfera.az
