Emre Altuğdan boşanmadan sonra ilk etiraf: "Sevgi varsa..."

Müğənni və aktyor Emre Altuğ Sevgililər günü konsertində təkcə mahnıları ilə deyil, həm də sevgiyə baxışı ilə diqqət çəkib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bir vaxtlar türkiyəli model Çağla Şikel ilə evliliyi səbəbindən diqqət mərkəzində olan məşhur sənətçi boşandıqdan sonra şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağı üstün tutsa da, səhnədəki romantik sözləri tamaşaçılarda maraq oyandırıb.
14 fevralda Kiprdə səhnə alan E.Altuğ Sevgililər günündəki çıxışı zamanı ifa etməyin onun üçün xüsusi bir həyəcan olduğunu bildirib:
“Bu gecə sevginin özü səhnədə olacaq. Mən sevgiyə inananlardanam, çünki sevgi varsa, daha cəsarətli olursan”.
Qeyd edək ki, dördillik münasibətləri olan model Çağla Şikel və müğənni Emre Altuğ 2008-ci ildə evləniblər. Onların Uzay və Kuzey adlı iki oğlu var. Cütlük boşansalar da, uşaqları Kuzey və Uzay üçün tez-tez görüşməyə davam edirlər.
Hətta bu yaxınlarda keçmiş cütlük oğulları ilə birlikdə Yeni il şam yeməyində görüşüblər.
Bununla bağlı Çağla Şikelin sosial media hesabında etdiyi paylaşımlara çoxlu sayda bəyənmə gəlib.
Aynurə
Sfera.az
