İki məşhur tərəf müqabili oldular

Kateqoriya məlum deyil
T
Türkiyəli tanınmış aktirsa Pınar Deniz səhnələrə qayıdır.
Sfera.az “Unikal”a istinadən xəbər verir ki, aktrisa Kıvanç Tatlıtuğun da baş rolda olacağı "Dönence" serialında rol alıb.
Məlumata görə, Pınarın ekran işində hər bölüm başı 3 milyon TL (təxminən 116 600 manat) ödəniş alacağı iddia olunub.
Serialda Kıvanç Tatlıtuğ "Ali" adlı agenti canlandıracaq, Pınar Deniz isə "Yasemin" obrazı ilə tamaşaçı qarşısına çıxacaq. 8 bölümdən ibarət layihənin çəkilişlərinə mart ayında başlanması planlaşdırılır.
