Burak Özcivit sərvəti ilə yendiən GÜNDƏMDƏ

Burak Özcivit sərvəti ilə yendiən GÜNDƏMDƏ
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur aktyoru Burak Özçivitin son dövrlərdə etdiyi sərmayələr yenidən maqazin gündəmini zəbt edib.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, iddialara görə, aktyor qazancını əsasən daşınmaz əmlaka yönəldərək Körfəz ölkələrində bahalı mülklər alıb. Bildirilib ki, Burak Özçivit Əbu-Dabidə 11 yataq otaqlı lüks malikanə, həmçinin Dubayın nüfuzlu yaşayış layihələrindən üç mənzil alıb.

 

Eyni zamanda, aktyorun İstanbulun Eyüp səmtində də bir neçə mənzili var. Özçivitin adı təkcə daşınmaz əmlak sərmayələri ilə deyil, lüks avtomobili ilə də gündəmə gəlib. Ötən həftə aktyor Etilerdə xüsusi nömrə nişanlı yeni avtomobili ilə görüntülənib. Məlumata görə, avtomobilin bazar dəyəri təxminən 35 milyon türk lirəsidir.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ