Məşhur aktrisadan etiraf: "Çirkin kişiləri sevirəm"

Karyerası və şəxsi həyatı ilə tez-tez gündəmə gələn məşhur aktrisa Burcu Özberk son açıqlamaları ilə yenidən diqqət mərkəzinə düşüb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, “Güneşin Kızları”, “Afilli Aşk”, “Aşk Mantık İntikam” və “Şahane Damat” kimi populyar layihələrdə rol alan Burcu Özberk geniş pərəstişkar kütləsi qazanaraq Türkiyə televiziya dünyasının ən çox müzakirə olunan simalarından birinə çevrilib. Uğurlu karyerasına baxmayaraq, şəxsi həyatını adətən ictimaiyyətin diqqətindən uzaqda saxlamağa üstünlük verən aktrisa son açıqlamaları ilə bu mövzuda daha açıq danışıb.
Özberk bildirib ki, romantik münasibətdə olacağı təqdirdə bunu gizlətməz: “Romantik münasibətdə olsaydım, bunu gizli saxlamazdım. Ürəyim həmişə sevməyə və sevilməyə açıqdır”.
Burcu Özberkin ən çox diqqət çəkən açıqlamalarından biri isə partnyor seçimi ilə bağlı olub. Aktrisa bu sözləri ilə sosial mediada və mətbuatda geniş müzakirələrə səbəb olub: “Çirkin kişiləri sevirəm. Çirkin kişi xarizması deyə bir şey var”.
Fidan Hacızadə
Sfera.az
