Türkyəli məşhur aktrisa HƏBS EDİLDİ - YALNIŞLIQLA

Türkyəli məşhur aktrisa HƏBS EDİLDİ - YALNIŞLIQLA

 

Türkiyəli məşhur aktrisa Nurseli İdiz İstanbulda polisə müqavimət ittihamı ilə haqqında açılan iddiayla əlaqədar İzmirdə saxlanılıb.

Hava limanında nəzarətə alındıqdan sonra ifadə vermək üçün İzmir prokurorluğuna gətirilərək hakim önünə çıxarılıb. Hakim Nurseli İdizin polisə müqavimət ittihamı ilə deyil, İstanbul Ədliyyə Tibb Şöbəsində tapılan bağlamaya görə ifadə verməsi üçün axtarışa verildiyini deyib. İfadə vermək üçün ona bir həftə müddət verilib. İdiz daha sonra sərbəst buraxılıb. 

Milli.Az xəbər verir ki, təxminən 5 saat nəzarətdə saxlanılan Nurseli İdiz İHA-ya verdiyi açıqlamada "İstanbulda polisə müqavimət ittihamı ilə haqqımda açılan iddiada ifadə vermədiyim üçün saxlanıldım. Nəzarətə alındıqdan sonra polislər tərəfindən İzmir prokurorluq binasına gətirdilər. Burada 2 saat gözlədikdən sonra məhkəmədə hakim qarşısına çıxdım. Hakim polisə müqavimət səbəbiylə haqqımda həbs qərarı olmadığını, yalnız Ədliyyənin tibb şöbəsində tapılan bağlamaya görə  ifadə verməyimin lazım olduğunu söylədi. Mən də müddət verilməsi təqdirdə ifadə verməyə gedəcəyimi söylədim. Hakim bir həftəlik müddət verdikdən sonra polis tərəfindən sərbəst buraxıldım. Yəni bir səhv səbəbiylə nəzarətə alındım" deyib.

 



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...