"Səidə bu gün gəlsə, qapım ona açıqdır" - Xalq artisti

"Ailəyə qarşı yad biri ilə birləşmək olmaz. Bir şey başl verəndə yenə də arxanızda ailəniz dayanacaq. Əti dərnaqdan ayırmaq olmaz".
Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova deyib.
Sənətkar "Tarixin bir günündə" ilk dəfə ailəsində baş verən qalmaqala münasibət bildirib:
"Ailəyə qarşı yad biri ilə birləşmək olmaz. Bir şey baş verəndə yenə də arxanızda ailəniz dayanacaq. Əti dırnaqdan ayırmaq olmaz. Təəssüf ki, oğlan evlənir gəlin onu idarə edir, qız ərə gedir yoldaşı onu yönləndirir. İcazə verməyin ki, sizdən istifadə etsinlər. Səidə bu gün də gəlsə, mən ona qucaq açaram, bacısına da demişəm. Amma cavab verdilər ki, onun yoldaşı mənimlə belə danışmağa icazə vermir.
Bizim qapımız ona hər zaman açıqdır. İstər mənim, istər digər xalasının. O bizim canımız, qanımızdır. Onu sadəcə belə yönləndirirlər. Bu da onun zəifliyindəndir. Susmaq hər zaman qızıldır. Bu zamanda sosial şəbəkələr gündəmi idarə edir. İndi gündəm tör-töküntü insanların əlindədir. Mənim hər baş verən hadisə üçün açıqlama vermək fikrim yoxdur. Amma burada söhbət ailəmdən gedirdi. Mən onların müdafiəsi üçün bir dəfə danışdım, bununla da bitdi.
Mənim bacım Sədaqət xanım haqda dedilər ki, "Getdi Türkiyədə ər axdardı". Bu verilişlərə necə inana bilirsiz? Guya Azərbaycanda ər yox idi ki? Sədaqət o verilişə müqavilə ilə çıxıb 5 min dollar pul almışdı. Məqsədi də rejissorların onu görməsi idi. Müqavilə şərtləri pozulsa idi 10 qatını ödəməli idim. O sadəcə gündəm idi".azxeber.com


































