Logo

Nə üçün Tahir İmanova pul yığılır? - ÖZÜNDƏN AÇIQLAMA

Nə üçün Tahir İmanova pul yığılır? - ÖZÜNDƏN AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Tiktokda mənim adıma pul yığılır. Buna inanmayın”.

Sfera.az xəbər verir ki, bu barədə sosial media hesabında əməkdar artist Tahir İmanov paylaşım edib.

O əlavə edib ki, bu, dələduzluqdur:"Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayın".

T.İmanov videoçağırış zamanı hüquq-mühafizə orqanlarına da səslənib. Bu məsələnin hüquqi əksini tapmasını rica edib.

Əməkdar artist qeyd edib ki, əgər həqiqətən kiməsə müraciət etmək istəsə, "planetparniizbakuofficial" səhifəsindən edə bilər:

"Digər səhifələrdən müraciətim bilin ki ya süni intellektdir, ya da dələduzluqdur və ya yalandır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR