Xeyli arıqlayan DİLARƏ: " Özümü xoşbəxt sayıram" - FOTOLAR
Maqazin
14:48 / 10.03.2017
927
"Mən oxumağı bacarmıram. Tamaşaçının bəxti gətirib ki, səsim yoxdur. İfaçılıq barədə heç vaxt düşünməmişəm".
Bu sözləri əməkdar artist Dilarə Əliyeva BiG.AZ-a açıqlamasında deyib.
Bir müddət əvvəl təqdim olunan "Hoqqa" filmi ilə ekranlarda görünən aktrisa son dövrlər film sektorunun canlanmasından danışıb:
"Ümumiyyətlə, son dövrlər çox filmlər çəkilir. Bu yaxşı haldır. Ona görə ki, kino sahəsində rəqabət artır. Bilirsiniz ki, bizim də "Hoqqa" komediya filmimizin təqdimatı baş tutmuşdu. Sizə deyim ki, reytinq nəticələri əla oldu. Buna görə də özümü xoşbəxt sayıram. Mənə rəğbət bəsləyən tamaşaçım bu dəfə də Dilarəni tək buraxmadı. Ən azından kinoteatrlarda sorğu aparsanız şahid olacaqsınız ki, tamaşaçı çoxluğuna görə seansları artırılıb".
Bir zamanlar özünü aparıcı kimi də sınayan D.Əliyeva nə vaxtsa yenidən həmin sahəyə müraciət etmə ehtimalından söz açıb:
"Bu sahəyə geri dönmək barədə düşünmürəm. Amma heç vaxt "heç vaxt" demirəm. Əgər hansısa böyük və maraqlı layihə təklif olunsa razılıq verə bilərəm".