8 mart günü məşhur bəylər xanımlarına nə alacaq ? - sorğu

8 mart günü məşhur bəylər xanımlarına nə alacaq ? - sorğu
Sabah 8 Mart - Beynəlxalq Qadınlar günüdür. Həmin gün kişilər xanımlara hədiyyələr alır. 

Bəs sənət adamları 8 martda əzizlərinə hansı hədiyyələri bağışlayacaqlar?

Axşam.az tanınmışlar arasında sorğu keçirərək onların fikirlərini öyrənib.

Xalq artisti Faiq Ağayev bildirib ki, həmin gün yalnız anasına hədiyyə alacaq:

"Hərənin bir zövqü var. Zövqə uyğun hədiyyə seçilməlidir. Kişilərə də məsləhət görürəm ki, hədiyyə alanda öz yox, xanımlarının zövqünü nəzərə alsınlar".

Müğənni Elvin Abdullayev də ənənəsinə sadiq qalaraq hər dəfə gül və ətir hədiyyə aldığını söyləyib:

"İlk növbədə, bayram münasibətilə bütün xanımları təbrik edirəm. Hər zaman ənənəyə sadiq qalaraq xanımlara ətir və gül dəstəsi alıram". 

Müğənni Emil Bədəlov kişilərə məsləhət verib:

"Kişilərə sözüm odur ki, ətraflarında nə qədər xanım varsa, diqqətdən qaçırmasınlar. Çünki xanımlar zərifdirlər və onların qayğıya ehtiyacları var. Hədiyyə alanda da gərək həmin xanımın xarakterini biləsən. Eləsi var gülü sevir, eləsi var ətir xoşlayır. Yoldaşım hər il hədiyyəsini qabaqcadan sifariş verir. Bu il hələ bir söz deməyib. Hədiyyə alarkən daha çox ətir və zinət əşyalarına üstünlük verirəm".

Aktyor Elməddin Cəfərov xanımına hədiyyəsini fevraldan verdiyini deyib:

"Heç kimə hədiyyə almıram. Çünki hədiyyələrim 8 marta gedib çatmır. Fevralın sonunda pulu verirəm və bununla da söhbət bitir. Amma xanım üçün ən yaxşı hədiyyə ətir və gül dəstəsidir".

Rejissor-aktyor İlham Qasımov gərgin iş rejimində olduğu üçün bayram haqda plan qura bilmədiyini söyləyib:

"Kişilərə məsləhət görərdim ki, filmə bilet alıb, gəlib baxsınlar. Özüm hələ qərar verməmişəm. Gərgin iş prosesindəyəm".

Aktyor Fərda Xudaverdiyev isə kişilər bayramının olmamasından şikayətlənib:

"Gedirsən toya pul yazdırırsan, sonra həmin adam sənin məclisinə gəlib borcunu qaytarır. Amma xanımlara bayramda verdiyimiz hədiyyə heç vaxt qayıtmır. Allah kişilərə səbr versin. Onlar üçün ən ağır gündür. Bir evdə qardaşın bacısı, anası, hələ evlidirsə, qayınanası, baldızı varsa, dəhşətdir... Məncə elə bütün xanımlara tək gül vermək daha yaxşıdır". 

Bəs, görəsən, xanımlar 8 mart günü nə hədiyyə almağı arzulayırlar?

Əməkdar artist Tünzalə Əliyeva "Hədiyyə önəmli deyil. Əsas insanın can sağlığıdır. Dünya malında gözüm yoxdur. Mənim ən böyük istəyim qızıl saatdır. Çox sevirəm, mənə ondan bağışlanmasını istəyərdim", - bildirib. 

Aparıcı Kamilə Babayeva isə heç nə arzulamadığını deyib: 

"Nə istədimsə, Allah mənə verdi. İndi Allahdan tək istəyim verdiklərini almasın. Başqa bir hədiyyə arzulamıram". 

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin ona böyük jest etdiyini deyib:

"Mənə əzizlərimin sağlığı ən böyük hədiyyədir. Oqtay deyir ki, ürəyin nə istəyirsə, al. Heç nəyi əsirgəmir. Amma səmimi deyirəm ki, onun varlığı mənə bəsdir".

Müğənni Ayan Babakişiyeva isə artıq bayram hədiyyəsini aldığını deyib:

"Amma sevdiyim insanın həmin gün yanımda olması məncə ən gözəl hədiyyədir".

Aparıcı Kəmalə Piriyeva isə 8 mart günü güclü cinsin nümayəındələrindən diqqət gözlədiyini bildirib.

OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...