Madonna 29 yaşlı sevgilisinə ərə gedir – Fotolar

67 yaşlı amerikalı müğənni, Pop Kraliçası Madonna 29 yaşlı sevgilisi Akim Morris ilə gizlicə nişanlanıb. Cütlüyün arasında 38 yaş fərqi olsa da, bu, onları heç narahat etmir.
Sfera.az xəbər verir ki, divaya yaxın mənbələr Madonnanın vaxt itirmək istəmədiyini bildiriblər. Üstəlik, Akim artıq bir müddətdir ki, sevgilisinə “həyat yoldaşım” deyə müraciət edir.
“Madonna və Akimin bir-birinə qarşı hörmət və səmimiyyəti onların hisslərinin səmimi və real olduğunu göstərir. O, aşiqdir və uşaqları da bu münasibəti dəstəkləyirlər”, – deyə mənbə bildirib.
Digər məlumatda qeyd olunub ki, gənc kişi son dərəcə yetkin və hörmətcildir, həmçinin Madonnanın birlikdə olduğu şəxslər arasında ona ən çox rahatlıq və sabitlik bəxş edən insandır.
Cütlüyün qarşıdan gələn toyu barədə bəzi təfərrüatlar da məlum olub: “Onlar böyük şou istəmirlər – sadəcə ən çox sevdikləri insanların əhatəsində səmimi və ehtiraslı bir şənlik planlaşdırırlar".
Məlumata görə, Morris Madonna ilə münasibətə başladığı vaxtdan etibarən bütün məxfilik şərtlərinə razılıq verib. Buna görə də məxfilik və ya gələcək hüquqi məsələlərlə bağlı heç bir problem yaşanmayacaq.
Qeyd edək ki, müğənninin gənc sevgilisi ilə münasibətləri 2024-cü ilin yayında məlum olub. Cütlük ilk dəfə Madonnanın 66-cı doğum günü ərəfəsində əl-ələ gəzərkən ictimaiyyət qarşısında görünüb.
Akim Morris Yamaykada anadan olub. O, 2014–2017-ci illərdə Stony Brook Universitetində təhsil alıb və siyasi elmlər və dövlət idarəçiliyi üzrə dərəcə qazanıb. Keçmiş futbolçudur, “Oyster Bay United” klubunda hücumçu kimi çıxış edib.
Aynil






