Bu məşhurun qızı “Survivor 2026”ya qatılacaq

Kateqoriya məlum deyil
T
Məşhur türk müğənni İbrahim Tatlısesin qızı Dilan Çıtak “Survivor 2026” yarışmasının “Ünlüler” və “All Star” komandalarının heyətinə daxil olub.
Sfera.az xəbər verir ki, Dilan Çıtak bu mövsüm adada həm fiziki, həm də mənəvi gücünü sınayacaq.
“Survivor 2026”da yer alacağı rəsmi olaraq təsdiqlənən sənətçi, sosial mediada izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Xatırladaq ki, “Survivor” Türkiyənin ən çox izlənən realiti-şoularından biridir və hər il fərqli məşhurlar, idmançılar və əvvəlki iştirakçılar yarışda öz bacarıqlarını nümayiş etdirirlər.
Niyaz Hacıyev
Sfera.az






