"İnci taneleri" efirə qayıdır

Kateqoriya məlum deyil
T
"İnci taneleri" serialının üçüncü mövsümünün nə zaman yayımlanacağı bəlli olub.
Sfera.az xəbər verir ki, ekran işi gələn ay izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, 44-cü bölümdə mövsüm finalı edən serialda baş rolları Yılmaz Ərdoğan, Hazar Ergüçlü, Kubilay Aka və Selma Ergeç canlandırır.
Yılmaz Ərdoğanın həm ssenari müəllifi, həm də baş qəhrəmanı olduğu “İnci Taneleri” ailə, sevgi, vəfa və keçmişin izləri üzərində qurulmuş təsirli hekayəsi ilə diqqət çəkir.
Yeni mövsümdə tamaşaçılar qəhrəmanların taleyində mühüm dəyişikliklərin, yeni obrazların və gözlənilməz hadisələrin şahidi olacaqlar. Serialın prodüserləri bildiriblər ki, üçüncü mövsüm əvvəlkilərdən daha emosional və dinamik olacaq.






