“Victoria’s Secret Show 2025” şousu yenidən keçirildi – FOTO

Dünyaca məşhur “Victoria’s Secret Show 2025” bu il Nyu-Yorkda keçirilib və əvvəlki illərin möhtəşəmliyini itirməyib. Podiumda Adriana Lima, Barbara Palvin və Cici Hadid kimi tanınmış modellər yer alıblar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şouda bu dəfə fərqli bir sima da diqqət mərkəzinə çevrilib – bədən quruluşunun gözəlliyi ilə tanınan amerikalı model Eşli Qrem.
“Maxim” jurnalı tərəfindən “Dünyanın ən seksual qadını” seçilən Qrem, “Victoria’s Secret” podiumunda çıxışı ilə böyük maraq doğurub.
Model tədbirdən sonra sosial media hesabında paylaşım edərək bildirib:
“Çox əyləndim! Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Podiumda dolğun bədənli qadınları təmsil edə bilmək mənim üçün böyük qürurdur”.
35 yaşlı, üç uşaq anası olan Eşli Qrem uzun illərdir qadınlara öz bədənlərini sevməyi və qəbul etməyi təşviq edən paylaşımları ilə tanınır.
Builki nümayişdə ilk dəfə bir peşəkar idmançı da podiuma çıxıb. NBA ulduzu Anqla Rhe, “Victoria’s Secret” tarixində podiumda yer alan ilk idmançı qadın kimi adını yazdırıb.
Mütəxəssislər hesab edirlər ki, “Victoria’s Secret Show 2025” müxtəlif bədən formalarının və fərqli qadın tiplərinin təmsil olunması ilə modada yeni bir mərhələnin başlanğıcını qoyub.
Bəsti Rəfizadə
Sfera.az


















