“Uşaq Avroviziya 2025”də iştirak edəcək ölkələr - Say açıqlandı

Kateqoriya məlum deyil
T
Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək “Uşaq Avroviziya 2025” müsabiqəsində 18 ölkə qalibiyyət uğrunda mübarizə aparacaq.
Sfera.az xəbər verir ki, ötən il yarışmada iştirak edən Almaniya və Estoniya builki siyahıda yer almayıb.
Əvəzində Azərbaycan, Xorvatiya və Monteneqro uzun fasilədən sonra yenidən müsabiqəyə qatılacaq.
Qeyd edək ki, “Uşaq Avroviziya 2025” dekabrın 13-də baş tutacaq. Azərbaycanı builki müsabiqədə Yağmur Nəsrullayeva təmsil edəcək.
Niyaz Hacıyev
Sfera.az






