İrem Derici 12 yaş kiçik sevgilisi ilə evlənir: Tarix AÇIQLANDI – FOTO

Kateqoriya məlum deyil
T
Türk pop musiqisinin məşhur simalarından biri olan İrem Derici şəxsi həyatı ilə yenidən gündəmə gəlib. Məlumata görə, müğənni bir müddətdir münasibətdə olduğu DJ və rəqqas sevgilisi Melih Kunukcu ilə ailə qurmağa hazırlaşır.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha əvvəl bir neçə dəfə ayrılıb-barışan cütlük ötən günlərdə Kunukcu tərəfindən yaxın dostlarının toyunda sürpriz evlilik təklifi almışdı.
İrem Derici sosial media üzərindən etdiyi paylaşımda 8 oktyabrda ailə arasında söz mərasiminin keçiriləcəyini açıqlayıb.
Beləliklə, məşhur cütlük rəsmi olaraq yeni həyatlarına doğru ilk addımı atacaq.
Bəsti Rəfizadə
Sfera.az








