"Bilirəm ki, sosial platformalarda Cabirə aid videoların baxış sayı sürətlə artıb"- Vado Karovin

"Bilirəm ki, sosial platformalarda Cabirə aid videoların baxış sayı sürətlə artıb"- Vado Karovin
Kateqoriya məlum deyil
T

"Hamımız üçün çox ağır gündür – onu tanıyan, tanımayan və sadəcə səhnədə görən hər kəs üçün".

 

Sfera.az bildirir ki, bu sözləri Əməkdar artist Cabir İmanovun vida mərasimində mediaya açıqlama verən "Space TV"nin direktoru Vado Korovin deyib.

 

"Mən bilirəm ki, sosial platformalarda Cabirə aid videoların baxış sayı sürətlə artıb. Çünki o, həqiqətən də sevilən, mehriban, heç kimlə konflikti olmayan bir insan idi. Bu itkini sözlərlə ifadə etmək çətindir. Necə ola bilər ki, cəmi 49 yaşında, həyatı sevən, hər zaman gülən bir insan sağlamlıq üçün idman zalına gəlib və qəfil həyatdan gedir? O, hər zaman yaddaşımızda səhnələrdə və filmlərdə yaşayacaq, biz isə onu xoş xatirələrlə, gülər üzü ilə yad edəcəyik".

 

Xatırladaq ki, Cabir İmanov ötən gün  infarkt keçirərək dünyasını dəyişib.

 

Fidan Hacızadə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR