Zamiq Hüseynov Cabir İmanov barədə: "Sirri yalnız..."

Zamiq Hüseynov Cabir İmanov barədə: "Sirri yalnız..."
Kateqoriya məlum deyil
T

"Cabir İmanovun heç vaxt səhhəti ilə bağlı problemi olmayıb".

 

Sfera.az  xəbər verir ki, bunu müğənni Zamiq Hüseynov sənətkarın qəfil ölümü ilə bağlı danışarkən deyib.

 

"Əksinə, özünə çox yaxşı baxırdı. Mən hər dəfə ona deyirdim ki, “günü-gündən formaya düşürsən, bunun sirrini de". Belə deyəndə o isə sirrin yalnız idmanda olduğunu deyirdi. Hər gün idman edir, qidasına xüsusi diqqət göstərirdi. İndiyə qədər buna inanmaq mənim üçün çox çətindir… Allah rəhmət eləsin".

 

Qeyd edək ki, 49 yaşlı Əməkdar artist Cabir İmanov ötən gün idman zalında infarkt keçirdikdən sonra vəfat edib.

 

Fidan  Hacızadə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR