Aygün Kazımova: “Qəfil gedişin səni sevənləri çox üzdü” – FOTO
Kateqoriya məlum deyil
Xalq artisti Aygün Kazımova ötən gün dünyasını dəyişən Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Sfera.az xəbər verir ki, A.Kazımova instaqram səhifəsində Cabir İmanovun fotosunu paylaşaraq bu sözləri yazıb:
"Əziz dostum, bu, çox ağır xəbər oldu. Hər zaman üzümüzü güldürən istedadlı insan, qəfil gedişin səni sevənləri çox üzdü. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin".







