Kayli Cenner gərgin vəziyyətdə: Timati Çalamet ilə evlənmək istəyir

Kayli Cenner gərgin vəziyyətdə: Timati Çalamet ilə evlənmək istəyir
Kateqoriya məlum deyil25.09.25, 11:1074 👁️
T

Dünya şöhrətli ulduz Kayli Cenner, gənc aktyor Timati Çalamet ilə təxminən iki ildir davam edən münasibətində gözlədiyi evlilik təklifini hələ ala bilməyib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Kayli Cenner evlilik təklifini səbirsizliklə gözləyir və bu səbəbdən gərginləşib.

 

Timati Çalamet isə azadlığa düşkün xarakterə malikdir və münasibəti davam etdirsə də, evlənmək niyyətində deyil.


Kayli Cenner keçmiş sevgilisi repçi Travis Skottdan iki övladı olmasına baxmayaraq, Timatiyə evlilik üçün təzyiq göstərmək istəmir, lakin artıq münasibətin hansı istiqamətə gedəcəyini öyrənmək arzusundadır.


Məlumatlara görə, Timati Çalamet həm azadlığını qorumaq, həm də Kaylini itirmək qorxusu arasında qalıb. Eyni zamanda, aktyorun ailəsi oğullarının Kardaşyan ailəsindən biri ilə münasibətini uyğun görmür.


Mütəxəssislər hesab edir ki, bu münasibət gələcəkdə ciddi sınaqlarla üzləşə bilər və hər iki tərəfin istəkləri və gözləntiləri arasında tarazlıq tapmaq vacibdir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...