Qızı ilə evlənən milyarderin atası zorakılıqda ittiham olundu

Qızı ilə evlənən milyarderin atası <span style="color:#ff0000">zorakılıqda ittiham olundu</span>
Kateqoriya məlum deyil24.09.25, 10:509 👁️
T

Məşhur milyarder İlon Maskın atası, 79 yaşlı Errol Mask barəsində qalmaqallı ittihamlar ortaya çıxıb.

 

Sfera.az  bildirir ki, “The New York Times”ın araşdırması ortayacaq çıxarıb ki, o, bioloji və ögey övladlarından beşinə qarşı seksual zorakılıqda günahlandırılır.

 

İlk şikayətlər 1990-cı illərə gedib çıxır

 

Məlumata görə, iddialar ilk dəfə 1993-cü ildə səslənib. Errolun ögey qızı Yana Bezuidenhout cəmi 4 yaşında olarkən atasının ona toxunduğunu ailəsinə bildirib. Daha sonra, 2000-ci illərin əvvəlində Yana yaxınlarına atasını alt paltarlarını iyləyərkən gördüyünü söyləyib. Polis araşdırma aparsa da, Errol hadisəni “otağı təmizləmək” kimi izah edib və ittihamları rədd edib.

 

Yeni iddialar və qalmaqallı münasibət

 

Errolun digər övladlarına da zorakılıq etdiyi bildirilir. Daha sonra isə vəziyyət tamamilə başqa məcraya yönəlib – Yana yetkinlik yaşına çatdıqdan sonra ögey atası ilə münasibət qurub və bu münasibətdən iki övlad dünyaya gəlib. 2022-ci ildə onların beş yaşlı oğlunun Errol tərəfindən təcavüzə məruz qaldığı iddia olunub. Lakin polis sübut çatışmazlığı səbəbilə işi bağlayıb.

 

Errol Mask iddiaları rədd edir

 

“The New York Times”a danışan Errol Mask bütün ittihamları yalan adlandırıb: “Bu, tamamilə mənasızdır. Heç bir sübut yoxdur”, – deyə bildirib.

 

O həmçinin bunun arxasında İlon Maskdan pul qoparmaq məqsədinin dayandığını iddia edib.

 

Qeyd edək ki, İlon Maskla atası arasında münasibətlər uzun illərdir gərgindir.

 

İnci

PAYLAŞ
Sehliyali
Yüklənir...